» » "İnşallah sənin də uşağın ölər" demişdilər, amma...

"İnşallah sənin də uşağın ölər" demişdilər, amma...

"İnşallah sənin də uşağın ölər" demişdilər, amma...
"İnşallah sənin də uşağın ölər" demişdilər, amma...

Aktrisa Pelin Karahan bir müddət əvvəl şərhlərdə ona "İnşallah sənin də uşağın ölər" yazdıqları üçün İnstaqramda fikirlərini açıqlamağı özünə qadağan qoymuşdu.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, iyulun 15-də baş verən hərbi çevrilişə cəhddən sonra P.Karahan sükutunu pozaraq yazıb:

"Bir neçə ay əvvəl ölkəmizə edilən terror zaman sosial mediadan mən də başsağlığı mesajımı yazmışdım. Ancaq o qədər pisniyyətli insanlar var ki, bunu "İnşallah sənin də uşağın ölər" cümləsinə kimi gətirib çıxardılar. Mən də bu səbəbdən o gündən bəri buradan fikirlərimi paylaşmaqdan çəkindim. Mən heç bir zaman siyasi fikirlərimi paylaşmaram, siyasi görüşümü bəlli etmərəm... Onsuz da siyasətdən anlayışım yoxdur. İnsanlar səhv anlayar deyə, qorxuram. Hər kəs o qədər kin və qəzəb doludur ki, bir-birimizi necə qaralasaq deyə fürsət gözləyirlər.

15 iyul gecəsi millətcə yaşadığımız o qorxunc gecədən sonra ilk dəfə düşüncələrimi indi paylaşıram. Üstündən neçə gün keçsə də, nə yaza, nə desəm, bilmirəm. Biz də bütün gecə yatmadıq, qorxduq, həyəcanlandıq. Mən də bu ölkənin vətəndaşıyam. Mən də demokratiyanı dəstəkləyirəm. Qiyamı və bunu dəstəkləyən xainləri sonuna kimi lənətləyirəm. Heç bir şeydən xəbəri olmayan əsgərlərimizi bu vəziyyətə salanlardan nifrət edirəm..."