» » 61 yaşlı aktyor böyük qızını ərə verdi - foto

61 yaşlı aktyor böyük qızını ərə verdi - foto

61 yaşlı aktyor böyük qızını ərə verdi - foto
61 yaşlı aktyor böyük qızını ərə verdi - foto

61 yaşlı aktyor Kevin Kostner böyük qızı Enni Kostneri ərə verib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, "Cangüdən" filminin ulduzunun 32 yaşlı qızı Denni Koks adlı sevgilisi ilə ailə qurub. Kaliforniyada açıq səma altında baş tutan mərasimdə ailə üzvləri və dostlar iştirak edib. Ənənəvi olaraq, gəlini bəyə atası təhvil verib.

Qeyd edək ki, Enni aktyorun birinci həyat yoldaşı Sindidən dünyaya gəlib. 1978-1994-cü illərdə evli olan cütlüyün Lili (29 yaş) və Coi (28) adlı iki uşaqları da var.

Amma K.Kostner çoxuşaqlı atadır. Onun Bricit Runidən dünyaya gələn Liam (19) adlı oğlu da var. Kostnerin indiki həyat yoldaşı Kristin Baumqarterdən isə Keyden (9), Heysu (7) və Qreys (6) adlı üç övladı dünyaya gəlib.

61 yaşlı aktyor böyük qızını ərə verdi - foto