» » Evi güllələnən müğənni: "Həyatım təhlükədədir" - (FOTO)

Evi güllələnən müğənni: "Həyatım təhlükədədir" - (FOTO)

Evi güllələnən müğənni: "Həyatım təhlükədədir" - (FOTO)
Evi güllələnən müğənni: "Həyatım təhlükədədir" - fotolar Müğənni Harika Avcı polis idarəsindən çıxarkən görüntülənib.

Ucarliyiq.biz - in Türkiyə KİV-inə istinadən xəbərinə görə, evi güllələnən ifaçı çətin günlər keçirdiyini və bu məsələ ilə bağlı ifadə verdiyini bildirib.

Başı tənziflə sarıqlı olan Avcının halsız və yorğun halı diqqətdən qaçmayıb. İfaçı başına gələn hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.

Harika "Evimin pəncərələrini sındıraraq içəri girdilər. Şüşə qırıqları sinəmə və başıma töküldü. Eyni zamanda ayaqlarımda da yaralar var. Ən son çalışdığım yerdə bir işçinin məni gözügötürməməzliyi ucbatından bu hadisə oldu" deyib.

Avcı bu hadisəni keçmiş sevgilisinin edib-etməməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib:

"Sevgilim yoxdur. Kağız üzərində olan İbrahim bəy indi həbsxanadadır. Dediyiniz adam Yasin Kavaksa, mənim o adamla əlaqəm yoxdur. Atəş açan həmin adam yenidən gələ bilər. Həyatım təhlükədədir. Buradan ölkə başçısına müraciət edirəm, məni qorusun".

Evi güllələnən müğənni: "Həyatım təhlükədədir" - (FOTO)

Evi güllələnən müğənni: "Həyatım təhlükədədir" - (FOTO)