» » Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı

Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı

Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı
Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı

İbizada tətil edən futbolçu Lionel Messi gözlənilməz hadisə ilə qarşılaşıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, ulduz futbolçu ailəsiylə birlikdə sahildən bir qədər aralı şəxsi yaxtasında dincəlib. Lakin Messinin fanatlarından biri, 24 yaşlı Suli adlı gənc sahildən 1 kilometrlik məsafəni üzərək yaxtaya çatıb.

Messi gənc heyranını yaxtasına dəvət edib. Ən böyük arzusu futbolçu ilə foto çəkdirmək olan Suli üzərək gəldiyi üçün telefonu suda xarab olub. Ancaq "Barselona"lı ulduz ona həyatının ən böyük hədiyyəsini verərək onunla foto çəkdirib və mühafizəçilərinə fotonu Suliyə göndərməyi tapşırıb. Messi daha bir jest edərək onu sahilə öz qayığı ilə göndərib.

Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı

Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı