» » Rusiyanın ən varlı aktyorları bəlli oldu - foto

Rusiyanın ən varlı aktyorları bəlli oldu - foto

Rusiyanın ən varlı aktyorları bəlli oldu - foto
Rusiyanın ən varlı aktyorları bəlli oldu - foto

"Forbes" jurnalı Rusiyanın ən varlı aktyorlarının adlarını açıqlayıb.

Rusiya mətbuatı xəbər verir ki, siyahıya 9 nəfərin adı daxil edilib.

Reytinq siyahısında birinci yerdə 3,2 milyon dollar varidatla Dmitri Nagiyev gəlir. İkinci yeri 1,3 milyon dollar gəlirlə Fyodor Bondarçuk, üçüncü yeri isə 1,1 milyon dollar gəlirlə Oleq Tabakov tutub.

Bir milyon dollar varidatı olan Svetlana Xodçenkova və Vladimir Maşkov siyahıda 4-cü və 5-ci yerlərdə qərarlaşıblar.

Sonrakı yerlərdə 0,9 milyon dollar varidatla Danila Kozlovski, 0,8 milyon dollar əmlakla Konstantin Xabenski, 0,6 milyon dollar gəlirlə Sergey Bezrukov gəlir. Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiyanın xalq artisti Nikita Mixalkovun adı siyahıda sonuncu yerdə qərarlaşıb. Jurnalın hesablamalarına görə, N.Mixalkovun varidatı 0,35 milyon dollar civarındadır.

Mənbə: "Report"

[b]

Rusiyanın ən varlı aktyorları bəlli oldu - foto

Rusiyanın ən varlı aktyorları bəlli oldu - foto