» » "Kiralık aşk"ın "Koriş"i ilə müsahibə: "Düşünürlər ki, homoseksualam"

"Kiralık aşk"ın "Koriş"i ilə müsahibə: "Düşünürlər ki, homoseksualam"

"Kiralık aşk"ın "Koriş"i ilə müsahibə: "Düşünürlər ki, homoseksualam"
"Kiralık aşk"ın "Koriş"i ilə müsahibə: "Düşünürlər ki, homoseksualam"

"Kiralık aşk" serialının "Koriş"i Onur Büyüktopçu son həftələrdə bir neçə dəfə təhlükə ilə üzləşib.

Taksimdə terror, Atatürk hava limanında terror, Nitsada terror, Türkiyədə hərbi çevriliş gecəsi - Onur hamısında hadisənin düz mərkəzinə düşüb. Həm də bilmədən və təsadüfən...

Ucarliyiq.biz aktyorun "Hürriyet"ə verdiyi müsahibəni təqdim edir.

- "Kiralık aşk"da o qədər fasiləsiz işlədik ki, tətil üçün darıxmışdıq. Son gün Çeşmeyə getdim. Dönən zaman Atatürk Hava Limanında terror oldu. Biletimi bir gün sonraya dəyişdirdim. Hələ "Lise defteri"ndə də çəkilərkən HSBC-dəki partlayışdan güclə canımı qurtarmışdım. Taksimdəki terror hadisəsindən də az əvvəl oradan keçmişdim.

- Dostlarınız sizin yanınızda olarkən qorxarlar yəqin...
- Yaşananlar təsadüfdü. Amma yenə də dostlarım "Hara gedəcəksənsə, əvvəldən de, oraya getməyək" deyə zarafat edirlər.

- Serialda ən çox işlətdiyiniz söz "Bombelere gel"dir...
- O qədər dedim ki, axırda "Bombelere geldim" (gülür)

- Nitsadakı terrordan danışın.
- Sevgilim Ebruyla birgə 10 günlük getmişdik. O, əvvəllər də Fransada yaşayıb. Hadisə baş verən gün yük maşınının insanları əzdiyi yerdəydim. Atəşfəşanlıq zamanı idi. Birdən qoca, cavan - hər kəs qaçmağa başladı. Biz də nə olduğunu bilmədən qaçdıq. Terror ağlıma da gəlmirdi.

- Yaşadıqlarınızdan sonra özünüz üçün nəyi müəyyənləşdirdiniz?
- Heç vaxt soyuqqanlı olmadım. Uzun illər panikaya qarşı müalicə aldım. Həmin an insan heç nə düşünmür, amma evə girincə əllərim əsir. Tək düşündüyüm "Həyatdayam, ölmədim".

- Hadisənin sabahısı Türkiyəyə qayıtdınız. O zaman da sizi hərbi çevriliş gecəsi gözləyirdi.
- Nitsada baş verənlərlə bağlı bir jurnalist məni hava limanında gözləyirdi. Birdən zəng vurdu ki, "Müsahibə alınmayacaq, Boğaz körpüsündə fövqaladə hal var". Fikirləşdim ki, yəqin intihar hadisəsidir. Çıxanda menecerim dedi ki, tanklar yolu bağlayıb. Enişinə icazə verilən son təyyarə bizimkiymiş. Çətinliklə çıxıb avtomobillə gedərkən birdən kimsə maşını söndürməyimizi əmr etdi. O an avtomobilin arxasında əllərim başımda özümü yerə atdım. 34 yaşım var, amma 11 yaşıma döndüm.

- Türkiyədə aktyorlar "lazım olsa homoseksual rolunu canlandıraram", aktrisalar isə "soyunaram" deyirlər. Belə çətindir homoseksual rolu oynamaq?
- Yox. Onsuz da Koriş obrazı üçün gey demək olmaz. Bu rol üçün homoseksual olmağa ehtiyac yoxdur. Mən özümə güvənirəm.. Koray məncə aseksualdır (intim həyatdan uzaq - red.). Kişiyə də, qadına da eyni məsafədə dayanır.

- Bəs sırf gey obraza çəkilərdiniz?
- Hə, çünki aktyoram.

- Rolunuza görə sizin də gey olduğunuzu düşünürlər.
- Sosial şəbəkələrdə bu haqda çox danışırlar. Elə düşünürlər, amma deyiləm. Amma gey olsaydım, deyərdimmi? Bilmirəm... Hamı Korayı sevir...

- Xüsusilə, qadınlar "Koriş" kimi insanları çox sevir?
- Hə, hər qadın həyatında belə dost istəyir. Qadınlar günün çox hissəsini serialdakı Ömerlə (Barış Arduç - red), digər hissəsini isə "Koriş" kimi insanla keçirmək istəyirlər.