» » Məşhur aparıcı axtarışdadır

Məşhur aparıcı axtarışdadır

Məşhur aparıcı axtarışdadır
Məşhur aparıcı axtarışdadır Bu gün sabah saatlarında Türkiyədə çevriliş cəhdi göstərən Fəthullah Gülənlə əlaqəsi olduğu iddia edilən 42 jurnalist haqqında tutulma qərarı çıxarılmışdı.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında məşhur aparıcı Nazlı Ilıcak da var.

Polis aparıcının evinə getsə də onu tapa bilməyib. Daha sonra onun Bodrumda olduğu iddia edilib. Orada da 4 adresdə baxış keçrilib, lakin aparıcı yenə tapılmayıb. Günün sonuna yaxın isə onun Türkiyədən qaçdığı məlum olub.

N.Ilıcakın oğlu Mehmet Alli Ilıcak məsələ ilə bağlı açıqlama verərək, anası ilə hələ danışa bilmədiyini söyləyib:

“Anamın harada olduğunu bilmirəm. Onun taleyindən narahatam. Ümid edirəm deyilənlər doğru deyil. Mənim tanıdığım Nazlı Ilıcaka bu hərəkət yaraşmır və çoxdan ifadəsini vermiş olmalıydı”.

Aparıcının oğlu anasına səslənərək ortaya çıxmasını və gəlib həqiqətləri söyləməsini istəyib:

“Mən buradan səslənirəm. Gəl, “aslanlar kimi” ifadəni ver. De ki, “mən bunlara dəstək vermədim”. Mənim tanıdığım Nazlı Ilıcak cəsurdur, qaçmaz”.

Məşhur aparıcı axtarışdadır