» » "500 min ver, boşanaq"
"500 min ver, boşanaq"
"500 min ver, boşanaq"

Müğənni Rafet El Roman özündən 20 yaş kiçik model-aktrisa Ceren Kaplakarslanla boşanmağa hazırlaşır.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ildə ailə quran cütlük arasında problemlər bir müddətdir ki, davam edir. Ceren ana olmaq istəyincə 3 övladı olan Rafet bunu qəbul etmədiyi üçün aralarında mübahisə çıxmış, Ceren birlikdə yaşadıqları Almaniyadan Türkiyəyə qayətmışdı.

Bundan az sonra C.Kaplakarslanın adı aparıcı Mehmet ALi Erbille hallanıb. Ceren iddianı təkzib etsə də, Rafet "boşanırıq" deyib. Müğənni yaxınlarına "Ceren qızlarımla da dəfələrlə dalaşdı. Ata-anamla yola getmədi. Bu dedi-qodu səbrimi daşırdı Dönüş yoxdur" deyib.

O, sosial mediada həyat yoldaşı ilə çəkilən fotoları silib, Cerenin bütün əşyalarını karqo ilə İstanbula göndərib. C.Kaplakarslan isə buna qarşılıq olaraq 500 min lirə təzminat istəyib. Rafet "500 min ver, boşanaq" mesajını eşidincə məbləğdən şoka düşüb.