» » Milyonçu sevgilisi ilə dalaşan aktrisa üzr istədi

Milyonçu sevgilisi ilə dalaşan aktrisa üzr istədi

Milyonçu sevgilisi ilə dalaşan aktrisa üzr istədi
Milyonçu sevgilisi ilə dalaşan aktrisa üzr istədi

Milyonçu nişanlısı Eqor Tarabasovun ona xəyanət etdiyini deyən aktrisa Lindsi Lohan İnstaqramda paylaşdığı foto ilə hər kəsdən üzr istəyib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl yaşadığı evin balkonuna çıxaraq "məni öldürmək istəyir" deyərək qışqıran Lindsi bütün bunlara aydınlıq gətirib:

"Artıq yaxşıyam. Dostlarımla gözəl vaxt keçirirəm. Son zamanlar sizi şəxsi problemlərimlə bezdirdiyim üçün üzr istəyirəm. Kədər və qorxuya görə belə davranmışdım. Hamımız səhv edirik. Təəssüf ki, mənim səhvlərim göz qabağındadır. Keçdiyimiz illərdə bir neçə dəfə özümü axtardım... Niyyətim sizə qarışıq informasiyalar vermək deyildi. Bəlkə işlər düzələr, bəlkə də düzəlməz. Ümid edirəm, düzələr. Artıq 30 yaşım var və mənə qarşı daha həssas olmaq lazımdır. Qəzəb və hirs lazım deyil... Yanımda olduğunuz üçün təşəkkürlər".

Digər tərəfdən Lohanın atası qızının hamilə olduğunu iddia edib. Aktrisanın evindən köçən rus sevgilisi Eqor haqda danışan ata "Düzələnə qədər qızımdan uzaq qalmalıdır. Onun üçün pis oluram, amma belə davranışlar qəbuledilməzdir. Biz Lindsinin yanındayıq" deyib.

Milyonçu sevgilisi ilə dalaşan aktrisa üzr istədi