» » İrem Derici evlilik haqqında danışdı

İrem Derici evlilik haqqında danışdı

İrem Derici evlilik haqqında danışdı
İrem Derici evlilik haqqında danışdı Məşhur müğənni İrem Derici TV8 kanalının suallarını cavablandırıb.

Ucarliyiq.biz TV8-ə istinadən xəbər verir ki, 29 yaşlı müğənni insanlara münasibəti haqqında danışaraq hər kəs qarşısında ağlamağı sevmədiyini deyib:

“Amma evdə tək qalanda ağlayaram. Özümü yumruqlayaram, silləliyərəm. Hamının öz dərdi var. Mən də öz dərdimlə başqalarını bezdirməməliyəm”.

Gənc müğənni geridə qalan illərdə bəzi səhv qərarları haqqında isə belə danışıb:

“Ağlım yoxdur mənim (gülümsəyir). Qəlbim idarə edir məni. Amma bundan heç vaxt narahat olmamışam”.
Səlami Şahinin oğlu Lider Şahinlə sevgi münasibətləri haqqında da danışan 29 yaşlı müğənni, onunla çox dəyərli anlar keçirdiyini deyib:

“Keyfim yerindədir. Bu münasibət haqqında ortalıqda çox da danışmaq istəmirəm”.
İrem Derici evlilik haqqında suala isə birbaşa cavab verməsə də, söylədiklərindən hələlik evliliyin planda olmadığı anlaşılıb:

“Mən münasibəti standartlara salmaq istəmirəm. Çünki biz hazırda standartdan kənar münasibət yaşayırıq”.

Qeyd edək ki, bir neçə il öncə Acun Ilıcalının “O Səs Türkiyə” yarışmasında iştirakçı olan İrem, hazırda Acunun TV8 kanalında yayımlanan “Rising Star Türkiye” müsabiqəsində münsiflərdən biridir.