» » Cey Lonun İstanbuldakı evi yanacaqdı - foto

Cey Lonun İstanbuldakı evi yanacaqdı - foto

Cey Lonun İstanbuldakı evi yanacaqdı - foto
Cey Lonun İstanbuldakı evi yanacaqdı - foto İstanbulun Ataşəhər səmtindəki “Metropol İstanbul”da yanğın baş verib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanan binada məşhur amerikalı müğənni Cennifer Lopesin də evi var.

Məlumata görə, hadisə işçilərin binada qaynaq işləri apardığı zaman baş verib. İşçilərin bir anlıq diqqətsizliyi nəticəsində kiçik qığılcım böyük yanğına səbəb olub. C blokda başlayan yanğın, Cey Lonun mənzilinin yerləşdiyi A bloka çatmadan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, həmin mənzil Cey Loya 2012-ci ildə İstanbulda konsert verən zaman hədiyyə edilib.

Cey Lonun İstanbuldakı evi yanacaqdı - foto