» » Hande Yener də evlənməkdən danışdı

Hande Yener də evlənməkdən danışdı

Hande Yener də evlənməkdən danışdı
Hande Yener də evlənməkdən danışdı Məşhur pop müğənnisi Hande Yener jurnalistlərin evlilik haqqında sualını cavablandırıb.

Ucarliyiq.biz xəbər verir ki, 43 yaşlı müğənni 3 ildir birlikdə olduğu sevgilisi Ozan Öğütdən dəfələrlə evlilik təklifi almasına baxmayaraq, bu ilin mayında ayrılmışdı.

Müğənni jurnalistlərin “evliliyə münasibətiniz necədir?” sualına “bu saatdan sonra çox çətin” deyə cavab verib. O, bununla belə, “böyük danışmasam yaxşı olar” deyərək, gələcəkdə hər hansı bir təklif olarsa dəyərləndirmək üçün “açıq qapı” buraxıb.

Qeyd edək ki, Hande Yener 1990-cı ildə 17 yaşında olarkən Uğur Kulaçoğlu ilə evlənib. Lakin, bu evlilik cəmi 4 il davam edib. H.Yenerin bu evlilikdən 26 yaşında oğlu var.