» » Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto

Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto

Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto
Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto

Qərb mediası aktrisa Cennifer Qarnerin dördüncü dəfə ana olmağa hazırlaşdığı haqda xəbər yayıb.

Ucarliyiq.biz - in məlumatına görə, buna səbəb son fotolardan birində 44 yaşlı aktrisanın qarın nahiyəsindəki şişkinlikdir. Lakin jurnalistlər bu görüntünün qeyri-sağlam qidalanma ilə əlaqəli ola biləcəyini də istisna etməyiblər.

Dünən Santa-Monikada restoranlardan birindən çıxan aktrisa bu barədə suallara gülümsəyib və cavabdan yayınıb.

Qeyd edək ki, C.Qarnerin həyat yoldaşı, aktyor Ben Afflekdən 3 övladı var - 11 yaşlı Vayolet, 7 yaşlı Serafina və 4 yaşlı Semuel. Lakin cütlük keçən il boşanmanın bir addımlığında idi. Cennifer Benin onu uşaqların dayəsi ilə aldatmasını bağışlamayaraq boşanmağa qərar vermişdi. Son zamanlar 10 ildir evli olan cütlüyün barışdığı deyilsə də, özləri bu barədə susmağa üstünlük verirlər.

Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto

Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto

Boşanmağa hazırlaşan aktrisa hamilədir? - foto