» » İbrahim Tatlısesdən evlilik açıqlaması

İbrahim Tatlısesdən evlilik açıqlaması

İbrahim Tatlısesdən evlilik açıqlaması
İbrahim Tatlısesdən evlilik açıqlaması Müğənni İbrahim Tatlıses bu gün yayılan evlilik xəbərlərinə reaksiya verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, köməkçisi Damla Buket Çakıcıyla evlənəcəyi haqda xəbərlərdən narahat olduğunu bildirib:

"Hörmətli media mənsubları və jurnalist dostlarım. Millətimizin yaşadığı bu həssas günlərdə şəxsi həyatımla bağlı yazılan xəbərlərdən narahatlıq keçirirəm. Bunun nə yeri, nə də zamanı olduğunu düşünürəm. Bu mövzuda hamınızdan həssaslıq gözləyirəm".

Qeyd edək ki, 64 yaşlı müğənni 2011-ci ildə silahlı hücum zamanı onunla birgə yaralanan Damla ilə yenidən işləməyə başlayıb. Bu gün isə İbrahimin yeni boşanan Dköməkçisinə evlilik təklif etməsi haqda xəbərlər yayılıb.