» » Acun İlıcalı ilk dəfə sevgilisi ilə göründü - foto

Acun İlıcalı ilk dəfə sevgilisi ilə göründü - foto

Acun İlıcalı ilk dəfə sevgilisi ilə göründü - foto
Acun İlıcalı ilk dəfə sevgilisi ilə göründü - foto

TV8-in rəhbəri, aparıcı Acun İlıcalı 13 ildir sevgili olduğu Zeynep İlıcalıdan rəsmən boşandıqdan sonra sevgilisi ilə kameralar qarşısına çıxıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bir qızının anası olan Şeyma Subaşı ilə gecə gəzintisində olarkən görüntülənib. Hər zaman məkanlara dostları ilə gedən Acun çox yemək yediklərini, ona görə də piyada gəzintiyə çıxdıqlarını deyib.

Onların rahat və idman geyimləri diqqətdən yayınmayıb.

Qeyd edək ki, uzun müddətdir sevgili olduqları bəlli olsa da, Acun heç zaman bu münasibət barədə etiraf etməyib, Şeyma ilə yanaşı görünməyib. Bu dəfə isə o, rəsmən boşandıqdan sonra azad biri olduğunu nümayiş etdirib. Ş.Subaşı isə İnstaqramda münasibətlərini gizlətmədən tez-tez qızı ilə olan fotolarını paylaşırdı.

Acun İlıcalı ilk dəfə sevgilisi ilə göründü - foto