» » Məşhur aktyor evində ölü tapıldı

Məşhur aktyor evində ölü tapıldı

Məşhur aktyor evində ölü tapıldı
Məşhur aktyor evində ölü tapıldı 60 yaşlı amerikalı aktyor Cerri Doyl (Jerry Doyle) dünyasını dəyişib.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, evdə qapını dəfələrlə döyən aktyorun yaxınları, cavab gəlmədiyini görüncə polisə xəbər veriblər.

Evə girən polis Doylun cansız bədənini görüblər. Hələlik heç bir cinayət izi aşkarlamayan polislər, ölümün dəqiq səbəbinin ekspertizadan sonra biləcəyini söyləyiblər.

Qeyd edək ki, Doyl 1994-1998-ci illərdə yayımlanan “Babylon” serialındakı Mayk Qaribaldi (Michael Garibaldi) adlı polis rolunu canlandırıb.

Cerri Doyl ölümündən öncə kanalların birində “The Jerry Doyle Show” verilişində aparıcı işləyirdi.