» » Nurgül Yeşilçay dişlərinə görə hədəf oldu

Nurgül Yeşilçay dişlərinə görə hədəf oldu

Nurgül Yeşilçay dişlərinə görə hədəf oldu
Nurgül Yeşilçay dişlərinə görə hədəf oldu Məşhur türk aktrisa Nurgül Yeşilçay sosial media istifadəçilərinin tənqidi ilə üzləşib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 il öncə “Asmalı Konak” serialında rol alan Nurgül Yeşilçay və Özcan Dəniz, bu yaxınlarda “İkinci şans” filmində yenidən bərabər çəkiliblər.

Filmdən öncə dişlərini düzəltdirən 40 yaşlı aktrisanın dişlərinə görə bir çox səhnədə təsiredici oynamadığı iddia edilib. Sosial media istifadəçiləri aktrisa haqqında “duyğularını tamaşaçıya çatdıra bilmir” ifadələrini işlədiblər. Tamaşaçılar iddia edib ki, N.Yeşilçay ssenaridə yazılanları yaxşı səsləndirmir.

Qeyd edək ki, aktrisa “Paramparça” serialında rol aldığı zaman da, eyni səbəbə görə tənqid edilmişdi.