» » Bergüzar Korel xərçəng xəstəsidir? - açıqlama

Bergüzar Korel xərçəng xəstəsidir? - açıqlama

Bergüzar Korel xərçəng xəstəsidir? - açıqlama
Bergüzar Korel xərçəng xəstəsidir? - açıqlama Aktrisa Bergüzar Korel dünən İstanbulun Etiler istiqamətində grüntülənib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərlə söhbət edən aktrisa həyat yoldaşı Halit Ergençlə birgə çəkiləcəyi "Vatan haini" serialı haqda danışıb:

"Məşqlər başlayıb. Həssaslıqla işləyirik. Tarixi serial olduğu üçün əlimizdən gələnin ən yaxşısını edək deyə, gecə-gündüz işləyirik".

O, Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra "vətən xaini" ifadəsinin gündəmə gəlməsi səbəbinə görə serialın adının dəyişdiriləcəyi haqda məlumatsız olduğunu deyib:

"Adını bilmirəm, ssenari dəqiq dəyişməyəcək".

34 yaşlı aktrisa bu yaxınlarda onun döş xərçəngi olması haqda yazılanları da şərh edib:

"Yox, standart müayinəyə getmişdim. Xərçəng deyiləm".