» » İkisindən biri Çağatay Ulusoyun partnyoru olacaq - (FOTO)

İkisindən biri Çağatay Ulusoyun partnyoru olacaq - (FOTO)

İkisindən biri Çağatay Ulusoyun partnyoru olacaq - (FOTO)
İkisindən biri Çağatay Ulusoyun partnyoru olacaq - fotolar

“İçeride” serialın baş rolda oynayacaq Çağatay Ulusoyun tərəf müqabili hələ dəqiqləşməyib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki həftə öncə Bensu Soralla razılaşma əldə olunduğu açıqlansa da, sonradan qərar dəyişdirilib.

Məlumata görə, serialı çəkən “Ay Yapım” şirkəti Çağatayın parntyoru olmaq üçün Yasemin Allenə təklif aparıb.

Serialın çəkilişləri avqustun ortalarında başlayacaq. Baş rolda Çağatayla oynayacaq qadın aktrisanın kimliyinin yaxın günlərdə dəqiqləşəcəyi bildirilir. Seçim Bensu Soral və Yasemin Allen arasında aparılacaq.

Qeyd edək ki, sentyabrda yayımlanması gözlənilən və 39 seriya davam etməsi planlaşdırılan “İçeride” serialı Leonardo DiKaprionun “The Departed” (“Dönüklər”) filminin ssenarisi əsasında çəkiləcək.

Ekran işinin rejissoru Uluç Bayraktar, prodüseri Kerem Çatay, ssenari müəllifləri isə Ertan Kurtalan və Toprak Karaoğludur.

Bensu Soral

İkisindən biri Çağatay Ulusoyun partnyoru olacaq - (FOTO)

Yasemin Allen

İkisindən biri Çağatay Ulusoyun partnyoru olacaq - (FOTO)