» » Daha bir serialdan erkən final

Daha bir serialdan erkən final

Daha bir serialdan erkən final
Daha bir serialdan erkən final

“Star TV”də yayımlanan “Hanım köylü” serialı bu axşam bitir.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial 13-cü seriyada final edərək tamaşaçılarla vidalaşacaq.

Maraqlısı budur ki, serial yayımlandığı gündən reytinq baxımından əziyyət çəkməyib. Efirə çıxdığı hər seriyada ən çox izlənilənlər arasına düşməyi bacaran serialın erkən bitməsinin səbəbi barədə açıqlama verilməyib.

Qeyd edək ki, serialın baş rollarında Yusuf Çim, Gülsim Ali, Mehmet Özgür, Ali İpin, Toygan Avanoğlu, Aylin Kabasakal, Uğur Demirpehlivan və Selim Erdoğan oynayır.