» » Begümün gözəllik sirri - (FOTO)

Begümün gözəllik sirri - (FOTO)

Begümün gözəllik sirri - (FOTO)
Begümün gözəllik sirri - fotolar

Aktrisa Begüm Birgör evinin qapılarını “Marie Claire” dərgisinə açıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, aktrisa gözəllik sirlərindən danışıb.

O bildirib ki, dərisini kokos yağı ilə qoruyur:

"İşimiz uzun vaxt apardığı üçün çəkiliş məkanında tez-tez makiyaj təzələyirik. Makiyajı silmək imkanımız da olmur, üst-üstə edilir. Buna görə də dərimizi çətinliklə qoruya bilirik.

Çəkiliş olmadığı gün heç vaxt makiyaj etmirəm, dərimə istirahət verirəm. Mənim üçün baxım və təmizlik vasitələri vacibdir. Əczaxanadan aldığım təmizlik vasitələrini növbə ilə istifadə edirəm.

Gözümə sadə makiyaj etməyi xoşlayıram. Əgər qabarıq görünməsini istəyirəmsə, gözlərimə qəhvəyi rəngdə qələm çəkmək bəs edir.

Saçlarımı həcm verən şampunla yuyub, uclarına qoruyucu krem çəkib istədiyim yerə gedirəm.

Dərimə kokos yağı çəkirəm. Yayda tonal kremdən istifadə etmirəm. BB kremlər mənə bəs edir.

Ətirə gəlincə, məndə ekzotik hisslər oyandıran parfumlərdən istifadə edirəm”.

Begümün gözəllik sirri - (FOTO)

Begümün gözəllik sirri - (FOTO)