» » “Recep İvedik 5”də çəkilmək istəyənlərin nəzərinə

“Recep İvedik 5”də çəkilmək istəyənlərin nəzərinə

“Recep İvedik 5”də çəkilmək istəyənlərin nəzərinə
“Recep İvedik 5”də çəkilmək istəyənlərin nəzərinə

Məşhur komediya ustası Şahan Gökbakar “Recep İvedik 5” filminin çəkilişlərinə başlayır.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı aktyor İnstaqramda elan yazaraq aktyorluq bacarığı olanları kastinqə çağırıb:

“Hər filmimizdə olduğu kimi, yenə istedadlı aktyorlara qapımızı açırıq. Filmdə rol almaq istəyən hər kəs şəxsi məlumatlarını, fotolarını və varsa videolarını recepivedik5film@gmail.com elektron ünvanına yollaya bilər. Bilmək olmaz, bəlkə mənimlə birlikdə oynadınız”, - deyə Ş.Gökbakar elanda qeyd edib.

Qeyd edək ki, “Recep İvedik 5” filmi 2017-ci ilin fevralında təqdim olunacaq.