» » Jurnalist komediya ustasının üzünə tüpürdü - video

Jurnalist komediya ustasının üzünə tüpürdü - video

Jurnalist komediya ustasının üzünə tüpürdü - video
Jurnalist komediya ustasının üzünə tüpürdü - video

“Bəyaz TV”nin müxbiri Levent Kelleci, Türkiyədə 15 iyul – hərbi çevriliş hadisələrini törədən Fəthullah Gülənin tərəfdarı olduğu üzə çıxan komediya ustası Atalay Demircinin üzünə tüpürüb.

Ucarliyiq.biz xəbər verir ki, müxbir Atalay Demirci ilə müsahibəni bitirdikdən sonra 15 iyul hadisələri ilə bağlı onun söylədiyi fikirlərə etirazını bildirib:

“Mən sizin doğru söylədiyinizə inanmıram. Məncə, siz də onların köpəyisiniz. Bu mənim fikrimdir. Onlarla insan öldü, sadəcə “qurban olaram” deyə bildiniz. Yazıqlar olsun”, - deyərək əsəblərini cilovlaya bilməyən L.Kellecini yanındakı şəxslər sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, hakerlər Atalay Demircinin Tvitterdəki hesabını ələ keçirərək onun FETÖ tərəfdarı olan basketbolçu Enes Kanter və keçmiş futbolçu və millət vəkili Hakan Şükürlə yazışmalarını, həmçinin, F.Gülənlə bir yerdə çəkdirdiyi fotosunu üzə çıxarmışdılar.