» » Ondan avtoqraf istəyənlər cəzalandırılacaq

Ondan avtoqraf istəyənlər cəzalandırılacaq

Ondan avtoqraf istəyənlər cəzalandırılacaq
Ondan avtoqraf istəyənlər cəzalandırılacaq

“Harri Potter” çoxseriyalı filmi ilə məşhurlaşan aktrisa Emma Uotsonun yaşadığı Oksford şəhərində yerləşən “Hedinqton” məktəbinin rəhbərliyi maraqlı qərar alıb.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, məktəb rəhbərliyi 26 yaşlı məşhur aktrisanın narahat edilməməsi üçün ondan avtoqraf almaq və şəkil çəkdirmək istəyən şagirdləri cəzalandıracağı barədə qərar verib.

Məlumata görə, bu qərara riayət etməyənlər məktəbdən qovula bilərlər.

Qeyd edək ki, E.Uotson 5 yaşında valideynləri ayrıldıqdan sonra anası ilə birlikdə Parisdən Oksforda köçüb.