» » Meryem Uzerlinin aldığı mükafat əslində kimə veriləcəkdi?

Meryem Uzerlinin aldığı mükafat əslində kimə veriləcəkdi?

Meryem Uzerlinin aldığı mükafat əslində kimə veriləcəkdi?
Meryem Uzerlinin aldığı mükafat əslində kimə veriləcəkdi?

İyulun 28-də məşhur aktrisa Meryem Uzerli Livanın paytaxtı Beyrutda Beyrut Beynəlxalq Mükafatlandırma Mərasimində (BIAF) “ən yaxşı qadın aktrisa” mükafatını almışdı.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı aktrisanın bu mükafatı 3 il öncə “Muhteşem Yüz Yıl” serialındakı “Hürrem Sultan” obrazı ilə alması birmənalı qarşılanmayıb.

İddialara görə, həmin mükafat, əslində Tuba Büyüküstünə verilməli imiş. Lakin, aktrisa “Daha” filminin çəkilişlərində iştirak etdiyi üçün Beyrutdakı tədbirə qatıla bilməyib və təşkilatçılar da mükafatı M.Uzerliyə veriblər.

Qeyd edək ki, bu iddia hələlik rəsmi şəkildə təsdiqlənməyib.