» » Az qalsın faciə ilə bitəcəkdi

Az qalsın faciə ilə bitəcəkdi

Az qalsın faciə ilə bitəcəkdi
Az qalsın faciə ilə bitəcəkdi

Türkiyənin tanınmış bəstəkar müğənnisi Fəttah Can və həyat yoldaşı Cansu Kurtçu ağır qəzadan son anda qurtulublar.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün içində olduğu avtomobil hərəkətdə olarkən, qarşıdakı yük avtomobilindən daş parçaları düşüb.

Daşların bir neçəsi F.Canın avtomobilinin ön şüşəsini qırıb. Cütlük ağır qəzaya düşməkdən son anda xilas ola biliblər. Onların vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, F.Can və C.Kurtçu 2014-cü ildə ailə qurublar.