» » Məşhur aktrisa: “Yuxusuz gecələrlə mübarizə aparıram”

Məşhur aktrisa: “Yuxusuz gecələrlə mübarizə aparıram”

Məşhur aktrisa: “Yuxusuz gecələrlə mübarizə aparıram”
Məşhur aktrisa: “Yuxusuz gecələrlə mübarizə aparıram”

Kuba əsilli amerikalı aktrisa Eva Mendez “Latina” jurnalına müsahibə verib.

Ucarliyiq.biz xarici KIV-ə istinadən xəbər verir ki, apreldə qardaşını itirən, həmin həftə ikinci dəfə ana olan 42 yaşlı aktrisa həssas dönəmdən keçdiyini bildirib.

Yuxusuz gecələrlə mübarizə apardığını deyən Eva, qızları Esmeralda və Amada ilə xoş dəqiqələr keçirdiyini deyib:

“Onlarla vaxt keçirmək olduqca gözəldir. Qızlarım bir neçə adət-ənənəyə malik evdə böyüyür. Anam və mən evdə ispan dilində danışırıq, Kuba musiqiləri dinləyirik, Amerika yeməklərini bişiririk”.

Qeyd edək ki, aktrisa 2011-ci ildən Ryan Goslinqlə birlikdədir.