» » Acun şəxsi təyyarəsini Seda Sayan üçün göndərdi

Acun şəxsi təyyarəsini Seda Sayan üçün göndərdi

Acun şəxsi təyyarəsini Seda Sayan üçün göndərdi
Acun şəxsi təyyarəsini Seda Sayan üçün göndərdi

Xəbər vermişdik ki, məşhur türk müğənni Seda Sayanın anası Ayşe Gürsaçarın ayağı sınıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda nişanlısı Erkan Çeliklə Mayamidə istirahətdə olan müğənni, tez-tez yaxınlarına zəng vuraraq xəstəxanada yatan anasının vəziyyəti ilə maraqlanır.

İfaçı, bir yandan da Türkiyəyə dönmək üçün uçuş biletləri almağa çalışıb. Lakin, ən qısa zaman üçün bilet tapa bilməyib.

Vəziyyət belə olunca, məşhur aparıcı Acun Ilıcalı yardım əlini uzadıb. O, şəxsi təyyarəsini Amerikaya göndərib. Beləliklə, S.Sayan və nişanlısı Acunun təyyarəsi ilə Türkiyəyə qayıdacaq.