» » Seda Sayanın anası xəstəxanalıq oldu

Seda Sayanın anası xəstəxanalıq oldu

Seda Sayanın anası xəstəxanalıq oldu
Seda Sayanın anası xəstəxanalıq oldu

Məşhur müğənni və aparıcı Seda Sayanın anası Ayşe Ak Gürsaçarın ayağı sınıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, evindəki hovuzun kənarında yıxılaraq ağır xəsarətlər alan qadını təcili olaraq xəstəxanaya aparıblar.

İlkin müayinə zamanı onun bədəninin bəzi hisələrində də çat aşkarlanıb. Gürsaçar əməliyyat edilib və həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildirir.

Hazırda nişanlısı Erkan Çeliklə Mayamidə tətildə olan ifaçı, hadisə barədə xəbər tutduqdan sonra qohumlarına zəng edərək anasını vəziyyəti barədə maraqlanıb. Anası əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini və Sedanın tətilini yarıda kəsərək Türkiyəyə dönməsinə ehtiyac olmadığını deyib.

Məlumata görə, əməliyyat edilən Ayşe Ak Gürsaçarın yanında S.Sayanın böyük bacısı və oğlu qalır.