» » Ancelina Coli ilə Bred Pitt suriyalı uşağı övladlığa götürür

Ancelina Coli ilə Bred Pitt suriyalı uşağı övladlığa götürür

Ancelina Coli ilə Bred Pitt suriyalı uşağı övladlığa götürür
Ancelina Coli ilə Bred Pitt suriyalı uşağı övladlığa götürür Hollivudun ulduz cütlüyü Bred Pittlə Ancelina Colinin ailə üzvlərinin sayı artacaq.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, tanınmışlar qaçqın düşmüş suriyalı uşaqlardan birini övladlığa götürməyə hazırlaşırlar.

Coli ziyarət etdiyi qaçqın düşərgələrindən birində gördüyü 3 qardaşın hamısını övladlığa götürmək istəsə də, Pitt bununla razılaşmayıb. O, bu addımın digər 6 uşağa mənfi təsir edəcəyini və onların bir-birlərinə uyğunlaşmasının mümkün olmayacağını bildirib. Ancelina isə ərinin bu qərarı ilə razılaşmalı olub və onlardan birini övladlığa götürəcək. Xatırladaq ki. Ancelina Coli ilə Bred Pittin Suriyadan uşaq övladlığa götürmək istəmələri ilə bağlı xəbər hələ fevraldan yayılsa da, cütlük bu barədə indiyədək rəmi açıqlama verməmişdi.

Qeyd edək ki, Ancelina ilə Bredin 3-ü övladlıq olmaqla 6 uşağı var.