» » Nigar Camal: “İndi qocalıb, bəyənmirəm”

Nigar Camal: “İndi qocalıb, bəyənmirəm”

Nigar Camal: “İndi qocalıb, bəyənmirəm”
Nigar Camal: “İndi qocalıb, bəyənmirəm”

“Eurovision-2011”in qalibi, müğənni Nigar Camal şəxsi həyatından danışıb.

Ucarliyiq.biz Musavat.com-a istinadən xəbər verir ki, müğənni həyatında sevdiyi şəxsin olmadığını deyib:

“Məni ancaq sevgi depressiyaya sala bilər. Şəxsi həyatımda heç kim olmasa da, özümü xoşbəxt hiss edirəm. İki gözəl qızım böyüyür, valideynlərim yanımdadır. Heç kimi sevmirəm. Ən yaxşısı tək qalmaqdır. Tək olanda əsəblərim pozulmur”.

Müğənni bəyəndiyi kişi tipindən də danışıb:

“Mənim üçün kişinin çox yaraşıqlı olması vacib deyil. Əsas odur ki, yaxşı insan olsun. Mənə hörmət etsin və diqqət göstərsin. Ən əsası da dostum olsun. İncəsənət nümayəndəsi ilə nə sevgili olaram, nə də evlənərəm. Uşaqlıqda Antonio Banderası sevirdim. İndi qocalıb, bəyənmirəm”.

Qeyd edək ki, bir müddət öncə müğənninin yüksək vəzifəli məmurun oğlu ilə sevgili olduğu və sevgilisinin qohumları tərəfindən döyüldüyü barədə xəbərlər yayılmışdı.