» » Selena Qomezdən etiraf

Selena Qomezdən etiraf

Selena Qomezdən etiraf
Selena Qomezdən etiraf

Məşhur amerikalı müğənni Selena Qomez şəxsi həyatının işinə mənfi təsir etdiyini etiraf edib.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, 2011-ci ildən etibarən Castin Biberlə 4 il eşq yaşamış 24 yaşlı müğənni, bundan sonra məşhurlarla sevgi münasibətində olmaq istəmədiyini deyib.

Gənc ulduz sonuncu dəfə İndoneziyada verdiyi konsertdəki səhnə performansından və ifasından narazı qaldığını bildirib. Selena səhnədə özünü olduğu kimi göstərmək üçün daha yaradıcı düşünməsinin lazım olduğunu söyləyib.

İfaçı bundan sonra sənətinə daha çox diqqət ayıracağını və şəxsi həyatının karyerasını kölgədə qoymaması üçün çalışacağını vurğulayıb.