» » Azəri Günel: Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm – VİDEO

Azəri Günel: Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm – VİDEO

Azəri Günel: Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm – VİDEO

Müğənni Azəri Günel Zeynalova yeni biznesə başlayıb.

ucarliyiq.biz xəbər verir ki, ifaçı bu barədə Türkiyə mediasına müsahibə verib.

O, “GNL Diamond” imzası ilə brilyant qaşla bəzədilmiş aksessuar və bjüteriyalar hazırlayıb satışa buraxacağını bildirib.

Günel sözləri özünə, musiqisi qardaşı Tunara aid olan “Yandım evladım” adlı yeni mahnısının klipinin çəkilişlərindən də bəhs edib.

İfaçı bir müddət öncə türkiyəli sevgilisi, iş adamı Cem Ozan Torunlar ilə birlikdə açdığı pizza restoranından da söz açıb.

Şəxsi həyatı barədə ünvanlanan suallara cavab verən müğənni yalnız bir dəfə ailə quracağını deyib:

“Azərbaycanda bir dəfə evlənirlər. Düzdür, boşanmalar da olur, bu, qismətdir. Mən bir dəfə ailə qurmaq və ömür boyu onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm”.