» » Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Azərbaycanda tanınmışlar illər ərzində qazandığı məşhurluğu bəzən bir hərəkətlərinə görə gözdən salırlar. Dəfələrlə şou-biznes nümayəndələri işlətdikləri ifadələrə görə etirazlarla üzləşiblər. Bəzən haqlı, bəzən isə haqsız şəkildə xalqın hədəfinə tuş gəliblər.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla bu məqamda bir gündə gözdən düşən məşhurların siyahısını təqdim edir:

Bir hadisə ilə xalqın gözündən düşən məşhur sırasında ilk yeri teleaparıcı Mətanət Əliverdiyeva tutub.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Mətanət “Gündəlik” verilişini aparan zaman canlı efirdə “şpaqat” açmışdı, paltarı cırılmışdı. Mətanətin “şou”sunu xalq sözün əsl mənasında topa tutmuşdu, “biabırçılıq” adlandırmışdı. Xüsusən sosial şəbəkələrdə tənqid atəşinə tutulan verilişə, hətta ziyalılar da sərt münasibət bildirmişdi.

Teleaparıcının ikinci addımı isə onu xalqın “qara siyahı”sına düşməyə vadar etdi. Əliverdiyevanın Binəqədəi rayonu ərazisindəki binanın yanması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkəni ayağa qaldırdı. 

“Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”,- deyən aparıcı təndiq və təhqirlərə məruz qaldı.

Əksər sosial şəbəkə istifadəçilərini qıcıqlandıran aparıcılardan biri də Elnarə Təhməzovadır. Aaparıcının bir müddət əvvəl hicablı xanımlarla bağlı səsləndirdiyi fikirlər dindarları ayağa qaldırmışdı.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

“İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.

Tez-tez verdiyi açıqlamaları ilə gündəmə gələn, hər fikri böyük müzakirələrə səbəb olan Səidə Sultan da sevilməyən məşhurlar sırasındadır.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Onun  Space TV-də yayımlanan “Əsl şou” verilişində başına iş gəlmişdi.  Şou verilişinin aparıcısı, müğənni Səidə Sultan rəqs edən zaman sinəsi açılmışdı. 

“Eurovision 2011”in qalibi Eldar Qasımovun cəbhədə baş verən gərginliklə bağlı paylaşdığı status birmənalı qarşılanmamışdı.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Eldarın “Sülh şəraitində yaşamaq istəyirik”- statusuna yerli idmançılar, şou nümayəndələri etirazını bildirdi, onun “Eurovision”dakı qalibiyyəti unuduldu, “xalq düşməni” damğası vuruldu.

Daha bir “Eurovision” təmsilçimiz Səmra Rəhimli isə bir müddət əvvəl ölkənin əsas gündəmini zəbt etmişdi.  Səmranın hər addımı sosial şəbəkə istifadəçilərini qıcıqlandırır, müzakirələrə səbəb olurdu.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Səmranın “Eurovision – 2016”nın açılış mərasimində sinə dekolteli geyimi etiraz qığılcımlarını daha da alovlandırdı. Müğənninin Niderland təmsilçisi Douve Bobun qucağında şəkil çəkdirməsi müzakirələrə səbəb olmuş, ifaçıya qarşı sosial şəbəkələrdə təhqir və tənqidlər olunmuşdu.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Səmra Rəhimli isə status paylaşaraq tənqidləri və rəyləri vecinə almadığını söyləmişdi. 

Müğənni Xatirə İslam da sosial şəbəkədə sevilməyən məşhurlar arasındadır. Sənətçinin hər bir paylaşımı böyük müzakirələrə səbəb olur, Xatirə tənqidlərə məruz qalırdı. Son dövrdə X.İslamın ən çox “gözdən düşmə”sinə səbəb isə dolların bahalaşması ilə bağlı yayımladığı status idi. İstifadəçilər Xatirənin onları təhqir etdiyini iddia etmişdi:

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

“Burda bəzi səviyyəsizlər, sözləriniziə fikir verin. Ay savadsızlar, sizin ağlınız yoxdur, ona prezident neyləsin?! Ay tupoylar, dollar qalxan kimi doluşdunuz marketlərə. Ona görə də sizin o hərəkətlərinizi görüb qiymətləri qaldırdılar. Hər şeyi özünüz etdiniz, qaraçılar. Burda prezidentin nə günahı var? Ağzınıza gələni yazmayın, sizi blok edəcəm”.

Son günlər instaqramda izləyicisini təhqir edən daha bir müdğənni Vasif Məhərrəmlidir.

Bir günə gözdən düşən yerli məşhurlar – FOTO

Vasif Məhərrəmli İnstaqram hesabında paylaşdığı fotoya gələn rəyə əsəbiləşmişdi və həmin şəxsi təhqir etmişdi. Belə ki, müğənninin paylaşdığı fotonun altına bir istifadəçi kəmərinin zövqlü olmadığını bildirmişdi. Bundan hirslənən Vasif Məhərrəmli həmin şəxsə kəmərin “Stefano Ricci” markası olduğunu bildirəndən sonra “çuşka” deyərək təhqir etmişdi. Həmçinin müğənni kəmərin 1000 dollar olduğunu vurğulamağı da unutmamışdı.