» » Əməkdar artist əməliyyat olunub – FOTO

Əməkdar artist əməliyyat olunub – FOTO

Əməkdar artist əməliyyat olunub – FOTO

Respublikanın Əməkdar artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış kino və teatr aktyoru, “Şərəf” ordenli Telman Əliyev əməliyyat olunub.

ucarliyiq.biz xəbər verir ki, o, uzun müddətdir disk yırtığından və bununla əlaqədar olaraq, ayaq ağrısından, yerişin çətinləşməsindən əziyyət çəkirdi.

Neyrocərrah Əliosman Qədimbəyli tərəfindən aktyorun onurğa yırtığı xaric edilib və Əməkdar artist əvvəlki sağlamlığına qovuşub.

Bu haqda “Milana Hospital”ın “Facebook”dakı səhifəsində məlumat verilib.

Telman Əliyevin əməliyyatdan əvvəl və sonra çəkilən fotoşəkillərini təqdim edirik:

Əməkdar artist əməliyyat olunub – FOTO

Artıq evə yazılan aktyoru tələbələri də ziyarət ediblər.

Əməkdar artist əməliyyat olunub – FOTO