» » Aygünlə Rəhimin plagiat adlandırılan ilk dueti barədə açıqlama – AUDİO

Aygünlə Rəhimin plagiat adlandırılan ilk dueti barədə açıqlama – AUDİO

Aygünlə Rəhimin plagiat adlandırılan ilk dueti barədə açıqlama – AUDİO

Ötən gün xalq artisti Aygün Kazımova ilə müğənni-bəstəkar Rəhim Rəhimlinin “Hər şey düzələr” adllı ilk dueti təqdim etməsini xəbər vermişdik. Sözügedən bəstənin sözləri Azər Şirinə, musiqisi isə Rəhim Rəhimliyə məxsusdur.

ucarliyiq.biz xəbər verir ki, bu gün Qafqazinfo-da adıçəkilən mahnının plagiat olması barədə xəbər yayılıb.

Sayt yazır ki, sözügedən musiqi parçası müğənni Bagiranın ifa etdiyi “Hər kəs seksimi?” mahnısından götürülüb.

Məsələyə aydınlıq gətirmək üçün ucarliyiq.biz - in əməkdaşı Rəhim Rəhimlinin prodüseri ilə əlaqə saxlayıb. Bildirilib ki, sözügedən mahnı 15 il əvvəl Rəhim Rəhimli tərəfindən bəstələnib və ifaçı Bagiraya hədiyyə olunub.

Yenidən aranjiman olunan bəstə Aygün Kazımova ilə duet şəklində səsləndirilib.

Mövzu ilə bağlı Xalq artisti Aygün Kazımovanın mətbuat katibi ilə də saxladıq. Onun sözlərinə görə, mahnının bəstəkarı Rəhim Rəhimli olduğu üçün müəllifin özünün açıqlama verməsi daha düzgündür. Aygün xanım sadəcə onunla duet ifa edib.