» » Hülya Avşar rejissoru qovdurdu

Hülya Avşar rejissoru qovdurdu

Hülya Avşar rejissoru qovdurdu
Hülya Avşar rejissoru qovdurdu

"Kösəm Sultan" serialı ilə yenidən çəkiliş meydançalarına dönən Hülya Avşar rejissorla dalaşıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, rejissor Zeynep Günay Tanla mübahisə edən aktrisa "ya o, ya da mən" deyərək Tanın işdən çıxarılmasına səbəb olub.

Qeyd edək ki, keçən həftə serial heyəti ilə rejissorun yollarının ayrılması xəbəri yayılsa da, bunu yunan aktrisa Anastasia Thsilimpounun adı ilə bağlayırdılar. Lakin məlum olub ki, hər seriya üçün 60 min lirə (təxminən 32 min manat) alacaq H.Avşar rejissoru kaprizləri ilə bezdiribmiş.