» » Nadir Qafarzadə Lənkəranski haqda: Gərək mən öləydim

Nadir Qafarzadə Lənkəranski haqda: Gərək mən öləydim

Nadir Qafarzadə Lənkəranski haqda: Gərək mən öləydim

Müğənni Nadir Qafarzadə məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümünə münasibət bildirib.

ucarliyiq.biz xəbər verir ki, o, “İnstagram” səhifəsində bununla bağlı status paylaşaraq öz təəssüratlarını bölüşüb.

“Gərək mən öləydim, heç olmasa ömrümü azdan-çoxdan sürmüşəm. Amma sənin balaların hələ körpədilər. Onlara sən lazım idin, qardaş! Bir də ki, ölən adamlara həsəd aparıram. Bu fani, yalanla dolu dünyadan haqq dünyasına köçürlər. İndiki zamanda bu dünyada yaşamaq  çox çətindir, ələlxüsus düzgün, haqlı, ədalətli insanlar üçün. 

Heyif sənə, Rövşən! Haqq dünyasında görüşənədək, qardaşım! Fani dünya, şərli-böhtanlı dünya, haqsız dunya! Allahım, pak, təmiz, ədalətli bəndələrini yanına aparırsan. Bizə bəzi pisləri, ikiüzlüləri və yataqları saxlayırsan. Şükür bildiyinə, Allahım!”,-deyə Qafarzadə yazıb.

Xatırladaq ki, avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərindəki hotellərdən birindən toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla hotelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb, lakin bütün tibbi müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Nadir Qafarzadə Lənkəranski haqda: Gərək mən öləydim