» » Putinin "sevgilisi"nin yeni fotoları

Putinin "sevgilisi"nin yeni fotoları

Putinin "sevgilisi"nin yeni fotoları
Putinin "sevgilisi"nin yeni fotoları Keçmiş gimnast, adı Rusiya prezidenti Vladimir Putinlə eşq dedi-qodularında hallanan Alina Kabayevanın yeni fotoları yayılıb.

Ucarliyiq.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, “Matç TV”nin ("Матч ТВ") bazası əsasında yaradılmış idman mediaholdinqinin baş prodüseri və direktoru Tina Kandelaki Kabayevanı özünün yeni telelayihəsinə dəvət edib.

Tina Alina ilə çəkilmiş fotolarını İnstaqram səhifəsində yerləşdirib. Gimnastın layihədə hansı işi görəcəyi haqda hələlik məlumat verilmir. Alina ideal bədən quruluşu ilə diqqət çəkib.

Qeyd edək ki, “Matç TV” prezident Vladimir Putinin göstərişi ilə “Rossiya 2” kanalının bazasında yaradılıb. Burada idmanın müxtəlif sahələri üzrə proqramlar hazırlanaraq efirə verilir.

Xatırladaq ki, bu ilin martında Alina Kabayevanın İsveçrədə oğlunun dünyaya gəldiyi və körpənin Vladimir Putindən olduğu deyilirdi.

Putinin "sevgilisi"nin yeni fotoları

Putinin "sevgilisi"nin yeni fotoları