» » Məşhur caz ifaçısı Tuts Tilemans vəfat edib

Məşhur caz ifaçısı Tuts Tilemans vəfat edib

Məşhur caz ifaçısı Tuts Tilemans vəfat edib

Belçikanın caz ifaçısı Tuts Tilemans 94 yaşında vəfat edib.

ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, “ağız qarmonu”nda məharətli ifası ilə tanınan musiqiçi dünyanın ən məşhur caz ifaçıları - Ella Fidjerald, Kuinsi Con, Frenk Sinatra, Bill Evans, Rey Çarlz, Oskar Piterson və başqalarını müşayiət edib.

Əsl adı Jan-Batist Frederik İsidor Tilemans olan Tuts Tilemans 1922-ci il aprelin 29-da Brüsseldə doğulub. 1950-ci ildə ilk dəfə Beynəlxalq Festivalda çıxış edib və məşhurluq qazanıb. 1952-ci ildə Amerika Birləşmiş Ştatlarına köçən Tuts Tilemans sənət karyerasını 2014-cü ildə səhhətində yaranan problemlərlə bağlı bitirib.