» » Azyaşlı ulduzun istəkləri hər kəsi bezdirdi

Azyaşlı ulduzun istəkləri hər kəsi bezdirdi

Azyaşlı ulduzun istəkləri hər kəsi bezdirdi
Azyaşlı ulduzun istəkləri hər kəsi bezdirdi “Bir dəniz hekayəsi” serialının 9 yaşlı ulduzu Emir Berke Zincidi kaprizləriylə çəkiliş heyətini bezdirib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələ “Kiçik ağa” serialında tələbləri ilə hamını narazı salan azyaşlı aktyor bu dəfə də eyni davranışları təkrarlayıb. Emir Marmarisdə aparılan çəkilişlər müddətində özünün istədiyi xüsusi restorandan başqa məkandan gətirilən yeməkləri yemək istəməyib. Nəticədə onun üçün Bodrum şöbəsindən ət yeməkləri gətirilib. Bu isə 110 kilometr məsafə deməkdir. Nəticədə çəkiliş heyətinin bu iş üzrə məsul şəxsləri Emir Berkenin istəklərindən beziblər.

E.B.Zincidinin digər kaprizi isə atası rolunda çəkiləcək aktyor seçimi zamanı olub. Belə ki, azyaşlının tələbləri səbəbindən aktyorların əksəriyyəti bu rola çəkilmək istəməyib. Təklifi isə yalnız Emre Kızılırmak qəbul edib.