» » Van Dam Zabit Səmədovu təbrik etdi

Van Dam Zabit Səmədovu təbrik etdi

Van Dam Zabit Səmədovu təbrik etdi

“Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Dam Qroznı şəhərində Çeçenistanın keçmiş prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində kikboksinqin “WBC Muay Thai” versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olan, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, həmyerlimiz Zabit Səmədova zəng edərək qələbə münasibətilə təbrik edib”.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.

“Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə. Afərin. Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun”. Bu sözləri Van Dam dedi, mən də tərcümə etdim”, - deyə Hacı Nuran bildirib.


 

... Bu gun Hollywood ulduzu, afsanavi doyushcu Jan-Klod Van Damm (@jcvd) Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri kecirilen Kikboksinqin WBC Muay Thai versiyası üzrə dunya cempionu adini gazanan, dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif yarishlari qalibi, hemyerimiz Zabit Semedova zəng edərək qələbə münasibətilə onu təbrik etdi... ... "Gardashim Zabit - sen bunu bacardin... Ehsen sene... Aferin... Ugurlarin daha da cox olsun... Senin tez bir zamanda Azerbaycanda kecirilen doyushunu canli izlemek mene nesib olsun" - Jan-Klod Van Damm dedi (men de tercume etdim) ...

Фото опубликовано Haci Nuran Huseynov