» » Dünyanın ən çox gəlir əldə edən aktyorunun adı açıqlandı

Dünyanın ən çox gəlir əldə edən aktyorunun adı açıqlandı

Dünyanın ən çox gəlir əldə edən aktyorunun adı açıqlandı

“Qaya” ləqəbli aktyor Duen Conson “Forbes” jurnalının versiyasına görə, dünyada ən çox gəlir qazanan aktyordur. Onun illik gəliri 2015-ci ildəki gəlirindən iki dəfə artaraq 64,5 milyon dollardan ibarət olub. Consona ən çox gəliri “Bir yarım casus” və “Forsaj 8” (2017-ci ildə çıxacaq) layihələri gətirib.  

ucarliyiq.biz bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

İkinci yerdə Ceki Çandır, o bir ildə 61 milyon dollar qazanıb. Onun ardınca 55 milyon dollar qazanan Mett Deymon gəlir. 

Onluğa həmçinin Tom Kruz (53 milyon dollar), Conni Depp (48 milyon dollar), Ben Afflek (43 milyon dollar), Vin Dizel (35 milyon dollar), Şahruk Xan (33 milyon dollar), Robert Dauni-kiçik (33 milyon dollar) və Akşay Kumar (31,5 milyon dollar) daxildir. 

Avqustun 23-də “Forbes“ ən çox gəlir qazanan kinoaktrisaların adlarını açıqlayıb. Bu siyahıya bir ilə 46 milyon dollar qazanmış Cenifer Lourens liderlik edir. İlk üçlükdə Melissa Makkartni (33 milyon) və Skarlet Yohansson (25 milyon dollar) da yer alıb.