» » Flora Kərimovadan Zeynəb Xanlarovaya ittiham

Flora Kərimovadan Zeynəb Xanlarovaya ittiham

Flora Kərimovadan Zeynəb Xanlarovaya ittiham

“Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Bizimyol.info-ya açıqlamasında Xalq artisti Flora Kərimova deyib.

O, müğənni həmkarı, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətlərindən danışarkən eyni zamanda bildirib ki, SSRİ Xalq artistliyinə namizədlər arasında Zeynəb Xanlarovanın yox, başqa adamların adı var idi.

“Sadəcə o, elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”.

Flora Kərimova deyir ki, illər öncə onu aşağılayıb təhqir etmək istəyənlər arasında Zeynəb Xanlarova da var idi.

“Camaatı öyrədib mənə zəng elətdirirdi. Onun adamları məni təhqir edirdi. İlhamə də bu yolu ondan öyrənmişdi”.