» » Xərçəngə tutulan aktyor ilk dəfə bu barədə açıqlama verdi

Xərçəngə tutulan aktyor ilk dəfə bu barədə açıqlama verdi

Xərçəngə tutulan aktyor ilk dəfə bu barədə açıqlama verdi

“Yeşilçam” filmlərinin əfsanəvi sənətkarı Tarık Akan xərçəngə tutulandan sonra ilk dəfə səhhəti barəsində müsahibə verib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla xəbər verir ki, 66 yaşlı aktyorun 14 aydır ağciyər xərçəngi ilə mübarizə apardığı ortaya çıxıb.

Onun haqqında xəstəliyini öyrəndikdən sonra evinə qapanaraq müalicəyə başlaması xəbərləri yayılmışdı.

Səhhəti barəsində açıqlama verən Akan bunları söyləyib:

“Bəli, xəbərlər doğrudur, amma özümü çox yaxşı hiss edirəm. Bodrumdaki evimə qapanmamışam. Hazırda İstanbuldakı evimdəyəm. 

Ölmədim, hələ həyatdayam. Hər şey öz yolu ilə davam edir. Aylardır xəstəliklə mübarizə aparıram, bu an üçün səhhətim yaxşıdır”.