» » Amerikalı aktyor Cin Uaylder vəfat edib

Amerikalı aktyor Cin Uaylder vəfat edib

Amerikalı aktyor Cin Uaylder vəfat edib

Amerikanın Cin Uaylder ləqəbi ilə məşhur olan komediya aktyoru Cerom Silberman 83 yaşında öz evində vəfat edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Variety” jurnalı yazıb.

Cerom Silbermanın ölümünə Alsqeymer xəstəliyinin törətdiyi fəsadlar səbəb olub.

O, “Prodüserlər” (“The Producers”, 1968), “Villi Vonka və şokolad fabriki” (“Willy Wonka & the Chocolate Factory”, 1971), “Heç nə görmürəm, heç nə eşitmirəm” (“See No Evil, Hear No Evil”, 1989), “Gənc Frankenşteyn” (“Young Frankenstein”, 1974)  və digər filmlərdə yaratdığı müxtəlif obrazlarla yadda qalıb.

Uaylder “Emmi” mükafatı laureatı idi.