» » Castin Biber rekordlar kitabına düşəcək

Castin Biber rekordlar kitabına düşəcək

Castin Biber rekordlar kitabına düşəcək

Kanadalı pop müğənnisi Castin Biber (Justin Bieber) mahnıları və sosial şəbəkələrdə izləyici sayı baxımından 2017-ci ildə Ginnesin Rekodlar kitabına daxil olmağa hazırlaşır.

ucarliyiq.biz www.ntv.com.tr saytına istinadla xəbər verir ki, ifaçının dördüncü albomu “Purpose” bir həftədə ən çox satılan albom olub. 

22 yaşlı müğənninin sinqlları İngiltərənin siyahılarında yüksək yer tutub (“Love Yourself” birinci, “Sorry” ikinci, “What Do You Mean?” üçüncü). 

Onun təkcə “Twitter”də 85 milyon izləyicisi var.

Biberin rekordunu ilk dəfə son 10 ildə mərhum müğənni David Bowie əldə etmiş, albomundakı 19 mahnı İngiltərənin ilk 100 mahnı siyahısında, 10-u isə ilk 40 bəstə siyahısında yer almışdı.