» » Həbs olunan müğənni 250 min dollara zaminə buraxıldı

Həbs olunan müğənni 250 min dollara zaminə buraxıldı

Həbs olunan müğənni 250 min dollara zaminə buraxıldı

Los-Anceles polisi tərəfindən həbs olunan müğənni Kris Braun 250 min dollar müqabilində zaminə buraxılıb.

ucarliyiq.biz bu barədə “Associated Press”ə istinadən məlumat yayıb.

Dünən və bu gün xarici mətbuatda Kris Braunun bir qadına odlu silahla hücum etməkdə şübhəli bilinərək saxlanılması barədə məlumat yayılmışdı. 

Polis müğənninin evini mühasirəyə almışdı. Məlumata görə, Braunun silah çəkdiyi barədə həmin qadın polisə xəbər verib.

Braunun özü isə qanun pozmasına dair istənilən iddianı təkzib edib.