» » “Mənimlə puluma görə…”

“Mənimlə puluma görə…”

“Mənimlə puluma görə…”
“Mənimlə puluma görə…”

Məşhur türk müğənni Sərdar Ortaç özündən 23 yaş kiçik həyat yoldaşı Xloe Luqnanla bağlı maraqlı açıqlamalar verib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı ifaçı Xloenin onunla pulu üçün evləndiyi iddialarını yalanlayıb və hazırda xoşbəxt olduğunu deyib:

“Gec evləndim, amma sevdiyim qadını tapdım. Həyat yoldaşımı heç vaxt tərk etmərəm. Gecələr çölə çıxmaq istəyir, mən də klublara aparıram. Lakin, tez yoruluram. Dostları ilə də gedəndə fikrim yanında qalır”.

S.Ortaç nikahdan öncə Xloeni sınaqdan keçirdiyini də bildirib:

“Bir mağazaya getmişdik, brend çanta almasını istədim. Almadı, gedib eyni modelin daha ucuzunu aldı. Bu neçə ildə pulumu sağa-sola xərcləmədi. Bundan sonra xərcləsə nə olar? Mən öldükdən sonra pulum ona qalsın”.