» » DiKaprio “çirkli pul” qalmaqalında

DiKaprio “çirkli pul” qalmaqalında

DiKaprio “çirkli pul” qalmaqalında
DiKaprio “çirkli pul” qalmaqalında

“Oskar” mükafatlı aktyor Leonardo DiKaprionun sahibi olduğu ətraf mühiti mühafizə vəqfinə Malayziyada bir şirkət tərəfindən külli miqdarda pul bağışlanıb.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, köçürməni məşhur “Wall Street Canavarları” filmini çəkən “Red Granite” şirkətinin sahibi Jho Lov həyata keçirib. Amerika polisi onun “çirkli pulları” əldən çıxarmaq üçün bu addımı atdığını iddia edib.

Lovun DiKaprio ilə əlaqəsi olduğu düşünülərək aktyoru da sorğuya alıblar. Federal İstintaq Bürosu (FBİ) aktyordan Jho Lovun rüşvətxorluqla əlaqəsini bilib-bilmədiyini soruşub. Lakin, DiKaprio haqqında heç bir iddia irəli sürülməyib.

Qeyd edək ki, DiKaprio Malayziyada meşələrin qırılmasına diqqət çəkmək üçün 6 ay öncə bu ölkəni ziyarət etmişdi.